İstehsalçı müəssisələrin anbarlarında hazır məhsul qalığı artmaqdadır. Belə ki, anbar qalığı 01 yanvar 2015-ci il vəziyyətinə 355,1 milyon manat, 01 yanvar 2015-ci il vəziyyətinə 415,8 milyon manat, 01 yanvar 2017-ci il vəziyyətinə 471,2 milyon manat olduğu halda 01 yanvar 2018-ci il vəziyyətinə 533 milyon manat təşkil etmişdir. Anbarlarda hazır məhsul qalığının artımını əsasən 2 səbəblə izah etmək olar. Birincisi, istehsal olunan malların keyfiyyətsiz və rəqabətə davamlı olmadığından, eləcə də bazarın tələblərinə cavab vermədiyindən satılmaması, ikincisi isə bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaraq istehsalçıların onları satışa çıxarmaması. Hazırda mövcud olan anbar qalıqları daha çox birinci səbəbdən yaranıb. Belə ki, xüsusilə də rayonlarda “Regionların sosial-iqtisadi inkiaf proqramları” çərçivəsində yaradılan yeni müəssisələr və sexlərin bir çoxundan məhsul buraxılşı bazarın tələblərinə cavab vermədiyindən onlar satılmır, yenidən istehsalçı müəssisələrin anbarlara qaydıır.Digər tərəfdən də bəzi məhsulların qiymətində gözlənilən qiymət artımını nəzərə alaraq istehsalçı onları baha qiymətə satmaq niyyətilə həmin malları bir müddət anbarlarda saxlayır və qiymət bahalaşarkən satmağa üstünlük verir. Hazırda Azərbaycan iqtisadiyyatında qiymətlərin artım tendensiyası davaml xarakter daşıyır və onun səviyyəsi də getdikcə qalxır. Odur ki, anbar qalığının artımından bu faktor da nəzərə alınmalıdır.
Oxunub: 422