Qubad İbadoğlu
Həkimə 1 kq yağ, pensiyaçıya 839 qram ət, tələbəyə 1 kq sosiska, məcbur köşkünə 9 ədəd çörək…
Seçki öncəsi 10 faiz artımlardan sonra müxtəlif əhali qrupları üzrə maaş, pensiya, təqaüd və digər sosial ödənişlər üzrə əlavənin alıcılıq qabiliyyətini tərtib etdiyim cədvəl vasitəsilə sizə təqdim olunur. Diqqət etsəniz, görəcəksiniz ki, 100 milyard dollara qədər neft pulunu xərcləyən “səxavətli hökumət”, “humanist prezident” seçkidən seçkiyə büdcədən məvacib alanlara necə dəyərləndirir.
Yeri gəlmişkən onu da qeyd edim ki, MDB Statistika Komitəsinin məlumatına görə, ötən il orta aylıq nominal əmək haqqı Ukraynada 37,1 faiz, Tacikistanda 20,8 faiz, Belarusda 12,6 faiz, Moldovada 11,9 faiz, Rusiyada 7,2 faiz, Qırğızıstanda 6,7 faiz, Azərbaycanda isə 5,7 faiz artıb.
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb
Oxunub: 508