Türkiyə Silahlı Qüvvələri və “Azad Suriya Ordusu” Afrini tamamilə mühasirəyə alıb.
Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilib ki, Türkiyə Silahlı Qüvvələri bu gün Afrin bölgəsinin mərkəzinə doğru yolda son yaşayış məntəqələrini də nəzarətə götürüb.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.
Oxunub: 426