Bu gün Gəncə Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist, 7gun.az saytının baş redaktoru Cavid Şirəliyevin apellyasiya şikayətinə baxılmalı idi. Lakin iş üzrə şahid kimi dindirilməli olan Sevinc adlı qadınla C.Şirəliyevin telefon danışığının olub-olmaması ilə bağlı mobil operatora göndərilən sorğuya cavab verilmədiyindən proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
7gun.az-ın redaktoru Cavid Şirəliyev 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi jurnalisti hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilib.
Jurnalist ittihamları qəbul etmir və həbsini sifariş sayır.
Oxunub: 112