İsveçrədə Federal Məclisin üst qanadı müzakirə ediləcək gündəmi olmadığı üçün qapılarını açmayıb. Məclis əvvəllər də gündəm yoxluğu səbəbiylə qapılarını bağlı saxlamışdı. Parlamentin sədri Karin Keller-Sutter gündəm olmadığı üçün iclas etməyin əhəmiyyətsiz olduğuna qərar verib. Əslində bu qərarla parlament eyni zamanda qənaət etmiş olur.
Qeyd edək ki, 46 üzvü olan parlamentin hər üzvünün gündəlik maddi xərci 735 İsveçrə frankıdır. Bu il ikinci dəfə hər hansı məsələ üçün qapılarını açmayan parlament 67 min İsveçrə frankını cibinə qoymuş oldu.
İsveçrənin bəzi parlamentariləri önəmli məsələlərin olmadığı təqdirdə parlamentin bağlı qalması qərarını müdafiə edib
Oxunub: 120