Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ş.Əkbərov məhkəmə tərkibinə etiraz edib.
O etirazında bildirib ki, vəkillərinin vəsatətləri təmin edilməyib, qızları məhkəmə tərəfindən kobud şəkildə təhqir olunaraq, məhkəmə zalından çıxarılıb.
Həmçinin təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun iş üzrə zərərçəkmiş qismində tanınan Arif Alışanovla yaxın dost olduğunu qeyd edib.
Məhkəmə etirazı baxılmamış saxlayıb.
Məhkəmə iclasının davamı zamanı təqsirləndirilən Ş.Əkbərov məhkəmə tərkibinə etiraz edib.
O etirazında bildirib ki, vəkillərinin vəsatətləri təmin edilməyib, qızları məhkəmə tərəfindən kobud şəkildə təhqir olunaraq, məhkəmə zalından çıxarılıb.
Həmçinin təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun iş üzrə zərərçəkmiş qismində tanınan Arif Alışanovla yaxın dost olduğunu qeyd edib.
Məhkəmə etirazı baxılmamış saxlayıb.
Daha sonra təqsirləndirilən Şücayət Əkbərovun vəkili Bəxtiyar Hacıyev vəsatət qaldırıb.
O deyib ki, müvəkkili latın qrafikası ilə yazıb-oxuya bilmədiyi üçün iş materialı ilə tanış olmayıb.
Vəkil buna görə də hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işi üzrə məhkəmə baxışının təxirə salınmasını istəyib.
Vəsatət təmin edilməyib.
Bundan başqa, təqsirləndirilən Ş.Əkbərovun digər vəkili də vəsatətlə çıxış edib. O, Arif Alışanov və yaxınlarının adına alınan torpaqların alqı-satqısı ilə bağlı 2013-2017-ci il ərzində Şamaxı rayonunda yerləşən notariata sorğu verilməsini istəyib.
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Ş.Əkbərovun vəkili digər vəsatətində 2013-2016-cı illər arasında A.Alışanovun əmək haqqısı ilə bağlı maliyyə arayışının çıxarılmasını tələb edib. O söyləyib ki, bu illər ərzində A.Alşanovun dövlətdən aldığı əmək haqqı heç 20 min manatdan artıq olmayıb: “O, bu qədər pulu hardan alıb?”
Vəsatət təmin edilməyib.
Prosesdə təqsirləndirilən Ş.Əkbərov ifadəsini davam etdirib. O qeyd edib ki, A.Alışanovdan birbaşa pul almayıb: “Mən pulu Hacı Babayevdən almışam. İşim ancaq torpaq satıcılarını tapmaq olub. Torpaq satanı tapandan sonra alqı-satıq işinə Hacı baxıb”.
Vəkillərin suallarını cavablandıran S.Əkbərov ittihamları rədd edib. O, A.Alışanovu öldürməyə cəhd etmədiyini, onun pulunu mənimsəmədiyini söyləyib: “Arif Alışanov məhkəməyə gəlsin, bütün suallarımı ona verəcəm”.
Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.
Oxunub: 158