Avropanın 20 dövləti “Sripal işi”nə görə, rusiyalı diplomatları ölkəsindən göndərməyə hazırdır.
“The Times” qəzetinin xəbərinə görə, Rusiyaya qarşı tədbirlər martın 26-da həyata keçiriləcək.
Qərb kampaniyası Avropa İttifaqının Moskvadakı səfirinin geri çağırılması ilə başlayacaq.
“İndiyədək misli görünməmiş və əlaqələndirilmiş şəkildə ölkə ərazisindən çıxarılma mərhələsi bazar ertəsindən Avropa İttifaqının Moskvadakı səfirinin 4 həftəlik geri çağırılması ilə başlanacaq”, – deyə “The Times” yazıb.
Oxunub: 782