Bu gün Salyanda prezident seçkiləri ilə bağlı YAP-ın təbliğat kampaniyası çərçivəsində konsert təşkil olunub. Ölkənin başqa şəhərlərində olduğu kimi, bura da bütün büdcə təşkilatları səfərbər edilib. Sosial şəbəkə fəalı Vaqif Hacıyevin yazdığına görə, konsertə hər kənddən məcburi 600 nəfər cəlb olunub. Təbliğat konsertinin yaxın dəqiqələrdə başlanacağı gözlənir.
Oxunub: 464