2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2018-ci ilin eyni dövründə içki istehsalında 19 faiz azalma müşahidə olunmuşdur.
Alkoqollu içki istehsalçıları daha çox anbar üçün işləyib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, anbarlarda böyük miqdarda hazır məhsul yığılıb. İlin əvvəlindən 818 min litr araq istehsal edilib. Bu, 2017-ci ilin yanvar-fevral aylarına nisbətən 4% azdır. Bu il martın 1-i üçün anbarlarda 746 min litr yerli araq olub.
Həmçinin anbarlarda 12 milyon 106 min litr üzüm şərabı, 2 milyon 868 min litr pivə və 725 min litr likörlər mövcuddur.
Məhsul növləri |
2018-ci ilin yanvar-fevral aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.03.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
İçki məhsulları | |||
Şampan şərabı, min dkl |
– |
– |
1,0 |
Araq, min dkl |
81,8 |
96,0 |
74,6 |
Brendi (konyak), min dkl |
0,9 |
1,8 d. |
28,4 |
Üzüm şərabı, min dkl |
391,9 |
95,8 |
1 210,6 |
Pivə, min dkl |
286,9 |
72,8 |
286,8 |
Likörlər, min dkl |
15,5 |
91,7 |
72,5 |
Alkoqolsuz içkilər, min dkl |
1 746,0 |
112,6 |
409,6 |
Oxunub: 588