Hökümət nümayəndələri Özbəkistanda vergi islahatları layihəsinin hazırlanmasına Gürcüstanın keçmiş baş naziri, indiki Reformatics konsaltinq şirkətinin rəhbəri Nika Qilaurini cəlb ediblər. Gazeta.uz yazır ki, bu barədə sənədin Daşkənddə ictimai müzakirəsi zamanı məlumat verilib.
“Özbəkistanın cari vergi məcəlləsi iqtisadiyyatın və özəl sektorun inkişafına mane olur, onun yenidən qurulması vacibdir və indi bunun üçün ən əlverişli vaxtdır”- deyә Qilauri bildirib.
Onun fikrincə, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin iqtisadi islahat səyləri bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir və hətta dünyanın maliyyə institutlarını “heyrətləndirir”. Qilauri hesab edir ki, bu, ölkəyə böyük investisiyaların, texnologiyaların cəlb edilməsinə və yeni iş yerlərinin yaradılmasına kömək edəcək.
Azadliq.info