Fb istifadəçisi Jalə Mütəllimova az qala inanılmaz gələn xəbər paylaşıb. Xəbərdə bu vaxta qədər eşitmədiyimiz şəkildə və zamanda bankomat oğurluğundan söz açılır.
“Günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı Kapital bank bankomatını iki nəfər laqonda ilə yarıb, 173.000 manatı oğurlayıb. Üzlərində əleyhqaz olub. Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş neynirsiniz? Adamlar soyuqqanlılıqla cavab veriblər ki, bəs, sanepidemstansiyadan gəlmişik, buraları dərmanlayırıq. Əsas məsələ odur ki, mühafizəçi o qədər hazırlıqsız və sadəlövh olub ki, ən elementar sualları belə verməyib. Maskalı qardaşlar, pulu götürüb gediblər, indi Yasamal polisi də, bank da oğru axtarışındadır…
Bu arada deyim ki, oğrulara məətəl qalmışam, oğrulara!.. Adamlarda ürəyə bax, ərazi kamera, rəsmi dövlət qurumları ilə dolu, günün tən ortasında, bankomatı sanepidemstansiya əməkdaşı adıyla laqondala, uf da eləmə?.. Adam nə gülə bilir, nə ağlaya…”