Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamına əsasən, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib.
Bundan başqaİlham Əliyev Fərman verərək, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edib.
Oktyabrın 22-də İlham Əliyev Şahin Mustafayevi İqtisadiyyat naziri vəzifəsindən azad edərək, Baş nazirin müavini təyin edib.
Mikayıl Cabbarov Vergilər Nazirliyinə 2017-ci ilin dekabrında təyin edilmişdi. O, bu vəzifədə Fazil Məmmədovu əvəz etmişdi.