AXCP sədrinin müavini, jurnalist, Azadlıq qəzetinin şöbə müdiri, Azərbaycan saatı televiziya proqramının aparıcısı Seymur Həzinin hansı ittihamla tutulduğu bəlli olub.
S.Həzi Demokratik Qüvvələrin Milli Şurasının Bakıda keçirdiyi etiraz aksiyasından bir gün qabaq – oktyabrın 17-də tutulub. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 15 sutka inzibati həbs verilib.
Oktyabrın 21-də həyat yoldaşı Nigar Həzi özünün “Facebook” səhifəsində yazıb ki, məhkəmə Seymuru İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama maddələri ilə təqsirli bilib: “Bu maddələr üzrə ittihamın irəli sürülməsinə isə o səbəb olub ki, guya Seymur həyətdə telefonla yüksək səslə danışa-danışa ünvansız söyüş söyürmüş. Halbuki həmin vaxt Seymur məninlə görüşə gəlirdi. Mənim ora çatmağımla mülki geyimlilərin onu aparması bir olub”.