VİDEO
“İşgəncə vermək diktator İlham Əliyevin şəxsi tapşırığı olub”
Məmməd Arazın nəvəsi, Aqil Abbasın rəis oğlu qadınlara işgəncə verib
İlham Əliyevin əli getdikcə hər yerdən üzülür. Artıq hər kəs bunun fərqindədir, elə onun özü də. Fərqində olmasaydı, polis sistemini ən ağır işgəncə üsulları ilə təlimatlandırıb millətin üstünə göndərməzdi. Şəhərin mərkəzində keçirilən son 2 mitinqdə baş verən hadisələri izləyib görmüsünüz. Amma görmədiyiniz xeyli kadrlar da var. Daha insanlarımızda qorxu hissi ölüb, onlarla iştirakçı başlarına gələni görüntülü şəkildə danışıb sosial şəbəkələrdə yayıb. Belə videolardan biri də mitinqə dəstək verən ana və qızlarının başına gətirilən zorakılıqlarla bağlıdır. Suraxanı rayonu 33-cü polis bölməsində baş verən bu vəhşiliyi çoxunuz izləmisiniz yəqin. Zərərçəkənlər danışır ki, onları mitinqə dəstək verdikləri üçün dəfələrlə bölməyə çağırıblar. Son dəfə isə evdən sürüyə-sürüyə çıxarıb aparıblar. Səsə gələn insanlara sahə müvəkkili xəbərdarlıq edib ki, kim yaxına gəlsə, həbs olunacaq. 33-cü bölmənin rəisi Tuncay Abbasov bilirsiniz kimdir? Şair Məmməd Arazın nəvəsi, deputat Aqil Abbasın oğlu…
İşgəncə verilən ana və qızları başlarına gələni belə danışır: “O zorakılığı ki, o gün biz gördük, daha polisə heç bir inamımız qalmayıb. Bizi aparan polis maşının içində boğurdu məni, deyirdi “hünərin var səsini çıxar”. Anamı elə vəziyyətə salmışdılar ki, qorxdum. 33-cü bölmədə oranın əməkdaşı Kamran məni boğdu ki, səsini çıxarsan, başına oyun açarıq. Dillənən kimi, deyirdilər “Kamran, gəl döy bunları”. Ağızlarına gələn söyüşü söyürdülər. Rəisin müavini Elçin Rüstəmov tapşırdı ki, bunlardan kiminsə səsi çıxsa, tut başından, vur divara. Vur, başına qan sızsın, ölsün. Dedim sizin nə ixtiyarınız var bizimlə belə davranmağa? Cavab verdi ki, Vilayət Eyvazov, İlham Əliyev verib ixtiyarı bizə. İlham Əliyev deyib ki, mitinqə çıxanları öldürün. Bizi evdən aparanda sahə müvəkkili hamını hədələyirdi ki yaxına gəlməyin, yoxsa hamınızı bir-bir həbs edərik. Hələ də əl çəkməyiblər. Küçədə məni görəndə hədə-qorxu gəlir, mən də 102-yə zəng etdim şikayət etdim hamısını. Dedim bölmənin rəsis Tuncay Abbasov başda olmaqla, hamısından şikayətçiyəm. İlqar Abbasovun, Qulam Zəfərzadənin, Kamranın da cəzalandırılmasını tələb edirik.”
İndi kimdə şübhə qaldı sifarişin birbaşa diktatorun özündən gəldiyinə? Daha kim inkar edə bilər ki, bütün işgəncə faktlarının arxasında Əliyevin özü dayanmır? Daha deyiləcək başqa söz varmı?
Adam polis rejimi yaradıb, arxasında saxlandığını gizlətmir. Çünki gizlədəcək bir şey də qalmayıb.
2 Noyabr gəl Meydanlara, DİN binasının qarşısına! Saat 15 00dan axşamadək!