Elnur Sadiqov
Bu gün daha iki cəbhəçini həbs ediblər. AXCP Xəzər şöbəsinin üzvü Əvəz Əhmədov 20 gün, Suraxanı şöbəsinin üzvü Arif Babayev isə 30 gün müddətinə inzibati həbsə atılıblar.
Əliyev rejiminin zoruna qarşı öncə AXCP və Milli Şuranın, daha sonra isə cəmiyyətin müqavimət sərgiləməsi rejimin əsəblərini korlayıb. Müqaviməti qıra bilmədikcə zoru daha da artırmağa qərar veriblər. Tarix dəfələrlə böyük imperiyaların, qəddar rejimlərin simasında sübut edib ki, əyilməz müqavimətin qarşısında zor nəinki məğlubiyyətə, hətta qaçmağa məhkumdur.
20 yanvar qırğınından sonra Azərbaycan xalqı müqavimətini dayandırsaydı SSRİ – nin dağılması prosesi ertələnərdi. İmperiyanı yeni şəraitə uyğunlaşdırma planları baş tuta bilərdi. Amma azərbaycanlıların müqaviməti sayəsində rejim daxilən aşındı, xidmətçiləri onlardan üz döndərdi və dağılma prosesi sürətləndi.
Sovet rejimi kimi bu rejim də cəbhəcilərin müqaviməti və Azərbaycan xalqının dəstəyiylə tarixin arxivinə gedəcək.