Nazim Bəydəmirli
Ramiz Mehdiyev təkcə müxalifətimi “düşmən” çıxardırdı?:
Bu ölkədə çox az adam var ki, PA sabiq rəhbəri akademik Ramiz Mehdiyevdən mənim kimi “zərbələr” alsın…hamısı da ondan başlayıb ki, H.Əliyev sarayında hansısa tədbirlərin birində biz deputatların yanından keçən zaman sağımda solumda oturanların hamısı anidən ayağa qalxıb, mən qalxmamışam…(siz bunu böyüyə hörmətsizlik kimi qiymətləndirməyin, mən millət vəkili statusu daşıyan adamın bu millətə hörmətini bir məmur qarşısında müdafiə etmişəm, başqa məkanda akademik R.M. və ya məndən ağsaqqal birisi mən oturan məkana daxil olsa mütləq ayağa da qalxaram, nəvaziş də göstərərəm və göstərirəm də)…Bundan sonra o məni “vurmağa” başladı..2009-cu ildə Sahibkarların Qurultayında etdiyim çıxışı və mövqeyimi əlində fürsət görüb vergilər naziri Fazil Məmmədova göstəriş verərək təsisçisi olduğum Türkiyə-Azərbaycan birgə müəssisəsinin 3 rəhbərini həbs etdirdi..2010-cu ildə Kür daşqınları ilə bağlı mənim mövqeyimdən, həm də ANS-in “Günəbaxan” verilişindəki “Hökumət üzvləri və PA ölkə başçısına əmanətlərin qaytarılması ilə bağlı düzgün məlumat vermir” ifadəmə görə “YAP-ın siyahısı” vasitəsilə məni müstəqil namizəd olaraq 2010-cu il seçkilərindən məcburən kənarlaşdırdı..yenə də vergilərin əli ilə klinikanın direktorunu həbs etdirdi…2012-ci ildə özünün və kürəkəni deputat İlham Əliyevin arxasında durduğu “Baku steel” vasitəsi ilə 250 nəfərin işlədiyi zavodumuzu bağlatdığı hamıya məlumdur…
Bütün bunları hazırda cənab prezidentin köməkçiləri işləyən 3 nəfərin və Nazirlər Kabinetinin önəmli üzvlərindən bir neçəsinin yadında qalmış olar, çünki onlarla bu məsələlərlə bağlı görüşmüşdüm, problemləri bilirdilər, o zamanlar akademikdən çəkindiklərinə görə nəinki mənə kömək edə bilmədilər, heç xahişlərimi də lazımi yerlərə çatdıra bilmədilər…
Ancaq bütün bunlara rəğmən mən akademik Ramiz Mehdiyevin düşdüyü duruma sevinmirəm, ona acıyıram..ona görə ki, o bu vəzifələrə RƏQABƏT olmayan şəraitdə gəlmişdi..prezident köməkçilərindən və mənim başıma gətirilənləri bilən nazirlərdən heç nə gözləmirəm, heç bir dövlət işinə də iddialı olmamışam, belə şəraitdə heç olmaram da..təbii ki, bir istisna var, o da Gürcüstanda və başqa sivil ölkələrdə olan BİZNES OMBUDSMANI institutu yaransa, ictimai əsaslarla (maaşsız) o vəzifəni daşıya bilərəm….Dövlət başçısından umacağım bircə şey var, o da bu ölkədə RƏQABƏT-in olmasının təmin edilməsidir, bizim sahibkarlar həm özlərini ayaqda saxlayacaq həm də dövləti ayaqda saxlayacaq qabiliyyətə malikdirlər. Bu “Ramiz epoxası” gedəcək, başqa “Ramiz epoxası” olacaqsa, sahibkarlığa, dövlətə faydası olmayacaq!