Nicat Abdullazadə
Həbsdə olduğum zaman “Xəzər TV” də yazıçı Firudin Ağayevin “İldırım dənizə çaxır” və “İldırım ömrü” romanlarının motivləri əsasında çəkilmiş “İşarəni dənizdən gözləyin” filmi verildi.
Kino əsəri Çingiz İldırım haqdadır.
Məlum Çingiz İldırım 1919 ci ildə artıq Bakı limanı rəisinin baş köməkçisi və eyni vaxtda da hərbi limanın rəis müavini olmuşdur. Bolşevik partiyasının tapşırığı ilə Bakıdan Rusiyaya neft daşımaq üçün Xüsusi dəniz ekspedisiyası təşkil etmişdir. 27 aprel gecəsi komandanlıq etdiyi ADR donanmasından 3 rəngli Azərbaycan bayraqlarını çıxardaraq qırmızı bolşevik bayrağı asmışdır. Bolşeviklərə təslim olmaq istəməyən 6 min nəfərlik komandanlıq etdiyi və Bakını müdafiə etməli olan AXC ordusunu, top atəşləriylə Nargin adasında mühasirədə saxlayaraq bolşeviklərə təslim etmişdir. Öz hərbi rütbəsi və vəzifəsindən istifadə edərək Bayılda quraşdırılmış artileriya sistemini sıradan çıxarmışdır. 28 aprel günü Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə: -“2 saata hakimiyyəti bolşeviklərə təhfil verməsəniz parlamenti başınıza yıxacağam!” adlı nota göndərərək 23 ay ömür sürmüş Müstəqil Azərbaycanın varlığına son qoylmasına yardım etmişdir. Bakıda Sovet hakimiyyətinin qurulmasında əsas rollardan birini oynayan Çingiz İldırım aprelin 28-də elan olunan ilk Sovet hökumətində Hərbi və dəniz işləri üzrə Xalq komissarı təyin olunmuşdur.
Amma ilahi ədalət Çingiz ildırımzadədən də yan keçmir.
7 iyul 1937-ci ildə İldırım NKVD tərəfindən həbs edildi və iddia edilən əks-inqilabi fəaliyyətdə ittiham edildi. Dnepropetrovskda, Bakıda və Moskva da məhbus olaraq saxlanıldı. Moskvada əvvəlcə Lefortovo həbsxanasında həbsxanaya salındı, daha sonra daha sərt bir yerə – siyasi məhbuslar üçün məşhur olan Suxanovovkaya köçürüldü. NKVD tərəfindən edam cəzasına məhkum edildi və ailəsinə xarici dünya ilə ünsiyyət icazəsi olmadan 10 il cəza verildiyi bildirildi. 1937-ci ilin yayında güllələnərək edam edildi.
Olayı xatırlatmamın səbəbi var. Demə film televiziyada yayımlanan gün Rusiya Hərbi Donanmamasına məxsus gəmilər Xəzər dənizinə təşrif buyurublarmış. O gəlişi toy bayrama çevirənlərin taleyinə də ilahi ədalət mütləq qiymət verəcəkdir.