
Bu gün AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar Imanovun həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin imtina qərarından verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Vəkil Cavad Cavadovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə baxılıb. Apellyasiya şikayəti təmin edilməyib. Məhkəmə iclasında Bəxtiyar Imanov özü də iştirak edib. Günahsız olduğunu, yürüşdə iştirak etmədiyini, heç kimdən tapşırıq almadığını, kimsəyə göstəriş vermədiyini məhkəmə tərkibinə bildirib.
Artıq bu mərhələdən sonra Bəxtiyar Imanovun qanunsuz həbsindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək.
azadliq.info