
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Dostlar, bilin ki, bu rejim heç vaxt, heç zaman, heç bir şərt daxilində öz antimilli mahiyyətini dəyişməz, milli birlik istiqamətində addım atmaz. Qozbeli qəbir düzəltdiyi kimi bunların da bu dünyada insan cildinə girib insani mahiyyət qazanması mümkünsüzdür!
Minlərlə Şəhidimizin canı, qanı, şəhid analarının bağrına çəkilmiş sağalmaz dağlar bahasına, kasıb balaları olan igid əsgərlər və zabitlərimizin misli görünməmiş qəhrəmanlığı hesabına əldə etdiyimiz Böyük Qələbəyə bir addım qalmış onu işğalçı rus ordusunun ayaqları altına sərənlərdən öncədən də müsbət gözləntim olmayıb, bundan sonra heç olmayacaq.
11.11.2020-ci il tarixində Ali Məhkəmədə mənim başıma gətirilən əxlaqsızlıq və qanunsuzluq bu rejimin mahiyyətinin növbəti bir sübutudur. Azərbaycan hakimiyyəti ancaq sındırdığı və özünə tabe etdirdiyi insanlara münasibətdə “milli barış” və dialoqdan çıxış edir.
Dünən Ali Məhkəmənin Mülki Kollegiyası şərəfsiz, ləyaqətsiz, öz ailəsinə əxlaqsızlıqla çörək qazanan üzdəniraq hakim adına ləkə Gündüz Quliyevin sədrliyilə mənim əmlakımın əlimdən alınması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli qətnaməsini ( qətnaməni siyasi sifarişlə daha bir şərəfsiz hakim adına ləkə -Pərviz Aktiv oğlu Hüseynov qəbul etmiş, Bakı Apellyasiya Məhkəməsinin üzəduran və ləyaqətsiz hakim adına ləkəsi Elşən Kazımov qüvvədə saxlamışdı) qüvvədə saxladı.
Həmin şərəfsiz Gündüz Quliyev 26.12.2019-cu il tarixində oğlumun təhsil alması ilə bağlı ümidlərini məhv edən başqa bir qərarın da altına imzasını qoyub. Əminəm ki, həyat ədalətlidir və o da, ona bu sifarişi verənlər də, məhkəmədə üzəduranlıq- f…lik edənlər də övladıma etdikləri pislikləri yüz mislilə çörəklə yox, qan-qarğışla böyüyən balalarından, nəvələrindən görəcəklər. Ramiz Mehdiyevi, Ziya Məmmədovu, Nizaməddin Quliyevi zəlil edən Allah onları da unutmaz…
Mənə qarşı Nəhayət Məmmədova adlı bir üzəduran 2013-cü ilin 10 iyun tarixində iddia qaldırıb guya ondan 2003-cü ildə 50 min dollar borc aldığımı bildirib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 10.06.2013 tarixində Məmmova Nəhayətin qızı, insan alverçisi Aynur Mehdiyevanı DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsi saxlayır və elə həmin gün qızı iki ağır cinayətlə həbsə gedən N.Məmmədova övladının dərdini çəkmək əvəzinə Nəsimi Rayon Məhkəməsinə yüyürüb mənə qarşı iddia qaldırır ki, bəs on il əvvəl borc vermişəm, amma unutmuşam, indi yadıma düşüb. İddiaçının əlində, təbii ki, heç bir borc müqaviləsi, sənəd, sübut yoxdur, ancaq iddia ildırım sürətilə icraata qəbul olunur və məhkəmə köhnə tarixlə bütün əmlakım-evimin, maşınımın üzərinə həbs qoyur.
Bu iş 2013-cü ildən uzanır və 2018-ci ilin 21 yanvar tarixində məhkəmə iddiaçının iddiasından əl çəkdiyini, dəfələrlə məhkəməyə gəlmədiyini görüb işi bağlayır. Düz bir il sonra Milli Şuranın izdihamlı 19 yanvar mitinqi olur və xalqın gücündən qorxuya düşmüş hakimiyyətin Milli Şuraya qarşı səlib yürüşü başlayır. Bu zaman N.Məmmədovanın əri Lətif Mehdiyevin işi polisə düşür, evində kirayədə yaşayanlarla ciddi problemi olur və N.Məmmədova həmən Nəsimi Rayon Məhkəməsinə qaçıb düz bir il bir aydan sonra iddianı heç bir hüquqi əsas göstərmədən təzələyir.
İddia təzələnəndən həmən sonra 28 fevral 2019-cu il tarixində, saat 12.06-da hökumət mətbuatında mənim avtomobilimin əlimdən alınması haqqında məlumat yayılır. Bu məlumat yayılanda mən avtomobilimin sükanı arxasında şəhərdə olmuşam. Dostlar narahat olub zəng vuranda “yalandır, mən maşındayam” demişəm, amma düz bir saat sonra məni yolda saxlayıb avtomobilimi qanunsuz və zorakı şəkildə, heç bir izahat vermədən əlimdən alıblar.
Və yalnız 4 saat sonra, 28.02.2019, saat 16.00-da Nəsimi Rayon Məhkəməsi heç bir səbəb göstərmədən avtomobilimin məndən alınıb cərimə meydançasına yerləşdirilməsi haqqında qərar çıxarıb. Tapşırıq Prezident Administrasiyasından gəldiyi üçün dərhal icra olunub, məhkəmə isə yalnız faktın arxasınca 4 saat ləngimə ilə yetişə bilib. Təkcə bu fakt Azərbaycan məhkəmə sisteminin və dövlət idarəetməsinin necə dəhşətli bir cinayət içində olduğunu, faktiki olaraq, özünün cinayət yuvasına çevrildiyini və mafiya qanunları ilə idarə edildiyini sübut edir.
Saxta, əsassız, böhtan xarakterli işlə bağlı uzun müddət qərar qəbul edə bilmədilər, çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kredit-borc müqavilələrinə 3 illik iddia müddətinin məcburi tətbiqi haqqında üstün hüquqi qüvvəyə malik qərarı var. Və nə edirlər? Hakim Pərviz Aktiv oğlu aktiv bir şəkildə qarşı tərəfə başa salır ki, iddianı dəyişin, qətnamə çıxara bilmirəm.
Nəhayət Məmmədova heç şübhəsiz ki, bu cinayətin fəal iştirakçısı olan vəkil Gülşən Salmanova vasitəsilə iddianı dəyişdirir və yeni İddia ərizəsində yazır ki, mən səhvən, savadsız olduğum üçün Gültəkin Hacıbəyliyə borc verdiyimi yazmışam (ilkin iddia ərizəsində düz altı dəfə borc verdiyini təkrarlayıb) mən ona heç bir borc verməmişəm, onun evini təmir etmişəm!
Həyasızlığın səviyyəsini təsəvvür edirsiniz?! Adamın mənim evimə ayağı dəyməyib, evimdə bir gün yaşamayıb, evin ona aidiyyatı yox, o pensiyaçı evdar qadın, mən millət vəkili, ancaq mənim bir qəpik pulum olmadığı üçün evimi o təmir edib və təmirə 2003-cü ildə nə az nə çox-düz 50 min dollar pul xərcləyib!
Məhkəmə onlarla vəsatətimizin birini təmin etmədi. Pensiyaçı evdar qadın 50 min dolları haradan almışdı sualı cavabsız qaldı. Birinci ərizədə mənə borc vermək üçün başqa adamlardan borc aldığını, guya borcunu ödəmək üçün evini satdığını yazmışdı. İndi isə iddia edirdi ki, mənim razılığım olmadan(!) mənim evimə 50 min dollar pul xərcləyib təmir edib. Məhkəməyə 2003-cü ildə Bakıda 50 min dollara üç üçotaqlı mənzil almaq mümkün olduğu barədə sübutlar təqdim etsək də, siyasi sifariş icra edən hakim özünü karlığa, korluğa, üzr istəyirəm, eşşəkliyə vurdu.
Siz, ümumiyyətlə, elə bir insan təsəvvür edirsinizmi ki, özünün pulu olmasın, üç üçotaqlı mənzilin toplam dəyəri qədər borc alıb həmin vəsaitin hamısını başqa bir adamın ona heç bir aidiyyəti olmayan, içində bircə gün yaşamadığı və yaşamayacağı mənzilin təmirinə xərcləsin, özü də bunu mənzilin sahibi ilə razılaşmadan, anlaşmadan etsin?! Bax bu qədər absurda varan, belə yalan və böhranların arxasında gizlənən əxlaq və mənəviyyat sahibləri tərəfindən idarə olunuruq. Taleyimizə bax belə iyrənc məhkəmələr və hakimlər qərar verir…
Bu qərarın qəbul olunacağına əmin idim. İşğalçı rus qoşunlarını ölkəyə dəvət edib, şəhidlərin qanı bahasına Xankəndi alınandan, ermənilər təslimiyyətə hazır olandan sonra milli maraqlarımıza xəyanət edib öz kreslo, hakimiyyət maraqları naminə qələbəni düşmənə peşkəş edənlərdən hər şey gözləməlisən…
Bu zülmlərin bir axırı olacaq. Mütləq olacaq, özü də düşündüyünüzdən daha tez olacaq.
Mənim ofşorlarda on milyardlarım yox, minlərlə şirkətim, onlarla bankım, Londonda, Dubayda, Parisdə milyonluq mülklərim yox. İtirəcəyim bir ev, bir maşındır. O da qurban olsun millətimə. Analar aslan kimi oğullar qurban verdi bu Vətən yolunda, bir ev, maşın nədir ki?!
Ancaq vay o günə ki, itirmək növbəsi sizə çatsın))). O zaman hesablaşarıq.
Düzdür, başqa seçiminiz də var. Oqtay Gülalıyev, Gözəl Bayramlı kimi məhv edə də bilərsiniz. Ən yaxşı bacardığınız iş də budur, zatən.