Qənimət Zahid
İlham Əliyevin cəbhəçi Əlizamin Salayevi ram etməyi tapşırdığı Şakir Qəniyevin indiyə qədər 3 nəfəri öldürmüş qatil olduğunu yəqin ki, çoxunuz bilmirdi. Mən də bilmirdim. Mən bu yaramaz haqda yazmışdım. Ancaq o zaman onu bilirdim ki, 17 saylı CÇM-nin rəisidir. Aqresiv, qəddar, ləyaqətdən məhrum biridir. AXCP fəalı, siyasi məhbus Əlizamin Salayevə özü şəxsən dəfələrlə işgəncə verib, onu “karsa” salıb.
Ancaq sonradan öyrəndiklərim hətta məni də dəhşətə gətirdi. Həmin bu qatil Şakiri “zon”dan tanıyan, keçmiş siyasi məhbus Rəşad Ağəddini Azərbaycan saatı proqramına dəvət etmişdim ki, bu Şakir adlı məxluqu daha yaxından tanıyaq. Siz də tanıyasız. Güman edirdim ki, Rəşad bəy bu Şakirin məhbusları döyməsindən və rüşvətxorluğundan danışacaq. Rəşad bəy onlardan da danışdı. Ancaq şahidi olduğu elə dəhşətli cinayətlərdən də danışdı ki, bu cinayətkar rejimin saysız – hesabsız cinayətlərindən xəbərdar olan mən belə çox təəccübləndim. Bu Şakir deyilən adam əməlli – başlı manyak imiş. Rəşad bəy şahidlik edir ki, konkret 3 nəfər məhbusu bu cinayətkar döyə -döyə, işgəncə ilə öldürüb. Öldürülən məhbusların adlarını çəkir, necə öldürüldüyünü təsvir edir Rəşad bəy.
Biləsiniz ki, Əlizamin Salayevin həyatına bizim güman etdiyimizdən də böyük təhlükə var.
Hə, bu Şakiri çox yaxşı tanıyan Rəşad bəy onu da dedi Şakirin işi kimsəsiz məhbuslarladır. O kimdir ki, siyasi məhbusa əl qaldırsın, işgəncə versin. Siyasi məhbusa işgəncə göstərişi ən yuxarıdan gələ bilər. Belə çıxır ki, İlham Əliyev işgəncə göstərişini xalası oğlu Ədliyyə naziri Fikrət Məmmədova verir. Fikrət Məmmədov Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova tapşırır. Ceyhun Həsənov da Şakir Qəniyev kimi manyaklara. Rəşad bəyin söhbətinin həmin hissəsini yazının şərh bölümünə yerləşdirirəm.
İndi biz düz – əməlli toplumuqsa, gərək bu üçqat qatili xalqa elə tanıtdıraq ki, bu məxluq adam içinə çıxa bilməsin. Hə, bir də vaxtınız olanda Şakir kimi qatilləri məsuliyyətdən yayındıran, belə psixlərdən müxalifətə qarşı istifadə edən İlham Əliyev və xəcalət çəkmədən belə birisini tərifləyən yaltaqlar ordusu haqda da fikirləşin.