AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
2022- ci il AXCP üçün böyük hədəfləri gerçəkləşdirmək yolunda gərgin və məsuliyyətli fəaliyyət ili olacaq. Bu il qarşıya qoyduğumuz hədəflər Azərbaycan xalqının azadlığa qovuşması, demokratik dəyərlərin qalıb gəlməsi, korrupsiya və istismara son qoyulaması, Qarabağda Azərbaycanın dövlət suverenliyinin bərpa olunmas yönündə olduğu üçün, əldə edəcəyimiz nəticələr həm də, xalq olaraq göstərəcəyimiz iradə və mübarizə əzmindən asılı olacaq.
Biz bu il :
- Azərbaycan xalqının əlindən alınmış sərbəst toplaşmaq azadlığını geri qaytarmaq
-Növbədənkənar demokratik seçkilərin keçirilməsinə çalışmaq - Hakimiyyətdəki korrupsiya və rüşvətxorluğu, idarəçiliyin müxtəlif sahələrindəki qanun pozuntularını ifşa etmək və bu neqativ hallara qarşı ictima müqavimət və etirazlar təşkil etmək
- Ölkədə insan hüquq və azadlarının qorunmasına çalışmaq, vətəndaşların və ayrı-ayrı sosial təbəqələrin haqlarının qorunmasına hərtərəfli dəstək vermək
- Hökumətin bahalaşmaya, süni qiymət artımına səbəb olan siyasətinin istismarçı mahiyyətini xalqa izah etmək , əhalinin sosial təminatının, əmək haqqı və təqaüdlərinin artırılmasını hökumətdən tələb etmək
-Müharibə iştirakçılarının, Şəhid ailələrinin, tələbə və gənclərin problemlərini xüsusi olaraq diqqətdə saxlamaq
-Ölkədə azad sahibkarlığın, rəqabətli biznes mühitinin yaradılması yolundakı əngəl və problemllərə daim diqqət yetirmək - Qarabağ probleminin ölkəmizin Konstitusiyası çərçivəsində həllini , işğalda qalan ərazilərimizdə və Laçın dəhlizində Azərbaycanın dövlət suverenliyinin təmin olunmasını prioritet vəzifə kimi gündəmdə saxlamaq
- Azərbaycanın Avroatlantik məkana nteqrasiyasına çalışmaq
-Azərbaycan xalqını öz hüquq və azadlıqları uğrunda mübarizə aparması və demokratik hakimiyyətə sahib olması üçün AXCP və Milli Şura ətrafında təşkilatlandırmaq - Demokratik dəyişiklikləri gerçəkləşdirmək istiqamətində mübarizə aparan müxalif və vətəndaş cəmiyyəti təmsilçilərinin əməkdaşlığına və ortaq hədəflər yönündə fəaliyyətinə nail olmaq
Bizim üçün başlıca məqsədlərdir.