Özbəkistan prezidenti Şavkat Mirziyoyev Müstəqillik Günü ərəfəsində 523 nəfərin əfv edilməsi barədə fərman imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Məlumata görə, sənədə 8 xarici ölkə vətəndaşı, 45 qadın və 31 yaşı 60-dan yuxarı olan şəxs daxildir. Həmçinin, biri azyaşlı olmaqla 220 nəfər 30 yaşadək şəxslər və qadağan olunmuş təşkilatlarda iştiraka görə məhkum olunmuş 15 nəfər əfv edilib.
Fərman çərçivəsində prokurorluq və aidiyyəti qurumlar azad edilən şəxslərin evə çatdırılmasını təşkil edib, əcnəbi vətəndaşlar isə vətənlərinə deportasiya olunublar.
Şəbnəm













