Bəzən qəza hallarında müəyyən problemlər yaranır ki, bu problemlərin ən əsası hüquqi məsuliyyəti kimin daşımağıdır.
Məsələn, avtobusda qəza olur, sərnişin zərər çəkir. Hüquqi məsuliyyət kimə aiddir?
Hüquqşünas Uğur Əliyev bu barədə Gununsesi.info-ya danışıb.
O, deyib:
“Mülki Məcəlləyə görə, daşıyıcı sərnişinin təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Yəni ki, qəza anında daşıyıcı kimdirsə, məsuliyyətdə onun üzərində olur. Qəza səbəbləri araşdırıldıqdan sonra əgər vətəndaş daşıyıcıda günah görürsə, bu halda şikayət edə bilər. Zərərin ödənilməsi məhkəmə yolu ilə tələb edilir”.
Elmar













