Bələdiyyədən, ümumən bələdiyyə sənədi ilə alınan torpaq problemləri günümüzün mövzusudur.
Məsələn, vətəndaş bələdiyyədən torpaq alır, amma sənədlər qeydiyyata düşmür.
Bəs belə olduqda nə etməli?
Hüquqşünas Rəşad Səfərov bu barədə Gununsesi.info-ya açıqlama verib.
O, deyib:
“Ümumiyyətlə, Torpaq Məcəlləsinə görə, torpaq hüquqları yalnız dövlət qeydiyyatından sonra qüvvəyə minir. Bu cü halın olması qanun pozuntusudur və vətəndaş Əmlak Komitəsinə, o cümlədən məhkəməyə müraciət edə bilər”.
Afət













