Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrailin Qəzza şəhərini ələ keçirmək üçün hərbi əməliyyata başlamasını elan etməsindən sonra atəşkəs çağırışı edib.
Gununsesi.info xəbər verir ki, bu çağırışı o, Afrikanın inkişafına həsr olunmuş konfransda iştirak etdiyi Yaponiyada səsləndirib.
“Qəzza şəhərinə qarşı hərbi əməliyyatın səbəb olacağı ölüm və dağıntıların qarşısını almaq üçün dərhal atəşkəsə nail olmaq həyati əhəmiyyət kəsb edir”, – BMT Baş katibi deyib.
O, həmçinin İsraili İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşma tikintisini genişləndirmək qərarını ləğv etməyə çağırıb.













