Yeni dünya rekordu: Bu gənc 29 dəqiqə suyun altında qalıb - FOTO

  • By Günel
  • 21 Avqust 2025 08:29

Xorvatiyalı dalğıc Vitomir Mariçiç suyun altında nəfəsini tutmaq üzrə yeni dünya rekordu müəyyən edib.

Gununsesi.info news.ru-ya istinadən xəbər verir ki, o, hovuzda nəfəs almadan 29 dəqiqə 3 saniyə keçirərək Ginnesin Rekordlar Kitabına düşüb. Bu müddət nəfəsini təxminən 15 dəqiqə saxlayan delfinlərin göstəricisindən iki dəfə çoxdur.

Dalğıc suya tullanmazdan əvvəl 10 dəqiqə ərzində təmiz oksigen alıb. Bu, onun qanını və plazmasını maksimum dərəcədə doyuraraq bədənin güc ehtiyatını artırmağa imkan verib.

Yeni dünya rekordu: Xorvatiyalı dalğıc 29 dəqiqə suyun altında qalıb