Mingəçevirdə yol qəzası baş verdi - FOTO

  • By Günel
  • 20 Avqust 2025 22:19

Mingəçevirdə yol qəzası baş verib.

Gununsesi.info Teleqraf -a istinadən xəbər verir ki, hadisə az öncə şəhərin mərkəzində yerləşən özəl klinikalardan birinin yaxınlığında baş verib.

Bildirilir ki, “Vaz 2106” və “Vaz 2107” markalı avtomobillərin toqquşması zamanı zərbənin təsirindən hər iki avtomobil yol kənarına düşüb.

İlkin məlumata görə, hadisə yerinə həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma başlanıb.