Gürcüstanda ard-arda iki zəlzələ

  • By Günel
  • 20 Avqust 2025 23:09

Bu gün Gürcüstanda yarım saat ərzində iki zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, Milli Yer Elmləri və Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, ilk təkanlar Senaki şəhərindən 9 km şimal-şərqdə, Qahomela kəndində 3,8 bal gücündə qeydə alınıb.

Bir qədər sonra Saqunio kəndində ikinci 3,5 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info