İşəgötürmə ilə bağlı məsələlərdə bir sıra problemlərin olduğu bəllidir.
Belə problemlərdən biri də İşəgötürən əmək müqaviləsini elektron sistemdə qeydiyyata almamasıdır.
Bəs belə olduqda işçi nə etməlidir?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Uğur Əliyev danışıb.
O, bu barədə deyib:
“Əmək Məcəlləsinə görə, müqavilə olmadan işçilərin işlədilməsi qanunsuzdur. Birmənalı olaraq İşəgötürən əmək müqaviləsini elektron sistemdə qeydiyyata almalıdır. Belə olmadığı təqdirdə işçi Əmək Müfəttişliyi və məhkəməyə müraciət edə bilər”.
Orxan













