Binəqədi Rayon Məhkəməsinin hakimi Aytəkin İbrahimova yol-nəqliyyat hadisəsi törədib.
Gununsesi.info -nun xəbərinə görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilir ki, hadisədən sonra əraziyə DYP əməkdaşları gəlib.
Günahkar olduğu halda qəzaya görə məsuliyyəti üzərinə götürməkdən boyun qaçıran Aytəkin İbrahimova yol polislərinə hakim olduğunu deyib.
Bundan sonra telefonla zəng edən xanım İbrahimova olay haqqında danışıb.
DYP əməkdaşları onu saxlamağa çalışsallar da o, maşınına minərək ərazini tərk edib.
Gununsesi.info













