Bakıda yeni uşaq bağçası açıldı

MİDA Yasamal Yaşayış Kompleksində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni təhvil alınmış 351 nömrəli körpələr evi-uşaq bağçasının müvafiq qaydalara uyğun olaraq fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Valideynlər 21 avqust 2025-ci il saat 11:00-dan etibarən www.bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə qeydiyatdan keçə bilərlər.

Qeyd edək ki, MİDA Yasamal Yaşayış Kompleksində 345 nömrəli körpələr evi-uşaq bağçası da fəaliyyət göstərir.

Gununsesi.info