Paşinyandan sülh sazişi açıqlaması: Biz qənaətə gəldik ki...

Avqustun 8-də Vaşinqtonda imzalanmış bəyannamə sayəsində Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə hamınızı təbrik etmək istərdim.

Gununsesi.info xəbər verir ki, bunu avqustun 21-də hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, həmçinin bu müddət ərzində görülən işlərə görə hökumətin bütün üzvlərinə təşəkkür edib. Paşinyan bildirib ki, Vaşinqtona getməzdən əvvəl hökumətin, Təhlükəsizlik Şurasının genişləndirilmiş tərkibinin, Ermənistan prezidentinin, parlamentarilərin və regionların rəhbərlərinin iştirakı ilə mətnlərin müzakirəsi və təhlili aparılıb. “Nəticədə biz bu addımı atmağın zəruri olduğu qənaətinə gəldik”, –  baş nazir deyib.

Bununla belə, Paşinyan hələ çox görüləsi işlərin olduğunu da söyləyib.

O əlavə edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün hər gün işləyir, çalışıb və çalışacaq. Eyni zamanda, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan müddəalarla bağlı dəyişiklikləri də istisna etməyib.

Paşinyan vurğulayıb ki, qarşıdan gələn parlament seçkilərində Ermənistan vətəndaşları sülh və sülh arasında seçim etməli olacaqlar: “Bu qərar öz siyasi mövqelərinə diqqət yetirməklə birlikdə həll etməli olduğumuz vəzifədir”.

Gununsesi.info