Bursada dəhşətli yanğın - VİDEO - FOTOLAR

  • By Günel
  • 27 İyul 2025 18:09

Türkiyənin Bursa vilayətində meşə yanğınları baş verir.

Gununsesi.info “Milliyet”ə istinadən xəbər verir ki, yanğınlar daha çox Gürsu və Kestel rayonlarında qeydə alınıb.

Yanğınlara 3 helikopter və 3 yanğınsöndürmə təyyarəsi ilə havadan müdaxilə davam edir.

Hadisənin hansı səbəblərdən baş verdiyi hələ məlum deyil.

Ərazidəki yaşayış yerlərinin təhlükə altında olduğu bildirilir.

Görüntüləri təqdim edirik: