Marko Rubio: "Ceyms Devid əla namizəd olardı”

  • By Günel
  • 27 İyul 2025 17:58

“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 2028-ci ildə dövlət başçısı olmaq üçün namizəd ola bilər”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib:

“Fikrimcə, Ceyms Devid əla namizəd olardı”.

Bununla belə, Rubio öz namizədliyini də istisna etməyib: “Gələcəyin nə gətirəcəyini heç vaxt bilmək olmur. Heç nəyi istisna etmirəm. Hazırda tamamilə işimə köklənmişəm”.

Gununsesi.info