İyunun 2-də jurnalist Elçin İsmayıllının həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Vəkil Elçin Sadıqov bildirib ki, mayın 26-da Nəsimi rayon məhkəməsi onun həbs müddətini sentyabrın 12-nə qədər uzadıb. Müdafiə tərəfi bu qərardan şikayət verib. Amma, hakim Cəmalə Ramazanovanın sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Vəkil jurnalistin həbsdə saxlanılmasını əsassız hesab edir, həm də indiyədək onun barəsində heç bir istintaq hərəkəti aparılmayıb.
Sadıqovun sözlərinə görə, İsmayıllının həbsindən ölkədaxili şikayət mexanizmləri tükənib və indi müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.
Müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanılıb, növbəti gün isə zorla pul tələb etmə və sui-istifadə (CM-in 182 və 308-ci maddələri) ittihamı ilə həbs edilib.
Jurnalist həbsinin əsl səbəbiinin yerli hakimiyyətin tənqidi ilə bağlı olduğunu bildirib. Jurnalist özü bütün ittihamları təkzib edib, onları İsmayıllının korrupsiya və qanunsuzluğu tənqid etməsinə görə qisas adlandırıb. (amerikaninsesi.org)
Oxunub: 190