Suriya münaqişəsinin tənzimlənməsi üzrə Astanada keçirilən danışıqların növbəti raundu iyunun ortalarında olacaq.
Bu barədə Suriyanın Rusiyadakı səfiri Riyad Xəddad məlumat verib.
“İyunun 12-13-də Astanada keçiriləcək danışıqlara dəvət olunmuşuq”, – deyə diplomat bildirib.
Görüşdə Rusiya ilə yanaşı, Türkiyə, İran, həmçinin Suriyanın silahlı müxalifəti və Bəşər Əsəd rejiminin təmsilçiləri iştirak edəcək.
İordaniya, ABŞ və BMT isə toplantıya müşahidəçi statusu ilə qatılacaq.
Gültəkin
Oxunub: 168