Əfqan Muxtarlının oğurlanması hadisəsi Qərb ölkələrinin Gürcüstanda fəaliyyət göstərən diplomatlarının böyük fəallığı ilə nəticələnib. Gürcüstanın rəsmi şəxsləri Əfqan Muxtarlının işini ətraflı araşdıracaqlar. Bunu jurnalistin işi bağlı suala cavab verən ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli deyib.
“Bu olduqca ciddi ittihamdır. Bununla bağlı bizim Gürcüstanın rəsmi şəxsləri ilə əlaqılırimiz olub. Onlar Əfqan Muxtarlı işini araşdıracaqlarını vəd ediblər. Təbii ki, işin ciddiliyini anlayırlar. Onlar bizi emin edib ki, Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları, hüquq müdafiəçiləri üçün heç bir təhlükə yoxdur”, – deyə səfir bildirib.
Fizzə
Oxunub: 1008





































