Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin yanvar-aprel ayları üzrə sığorta bazarı üzrə maliyyə göstəricilərini açıqlayıb. Fins.az-ın məlumatına görə, bazar üzrə cəmi 7 şirkətin yığımları artıb. 14 sığorta şirkətinin yığımları isə ötən ilin eyni dövrü ilə müqayisədə az olub. Yığımların artım dinamikasına görə, “Günay Sığorta” bazarın lideri olub – 24,3 dəfə. Bundan əlavə, “PAŞA Həyat”, “Bakı Sığorta”, “Qala Sığorta”, “A-Qroup”, “AtaSığorta” və “AzSığorta” yığımları artırmağı bacarıb. “PAŞA Sığorta”nın yığımları isə ilin əvvəlindən etibarən ilk dəfə azalmağa başlayıb -3%. Sığorta yığımlarında ən böyük azalma “Başak İnam Sığorta” şirkətində olub. Bu da şirkətin fevral ayından etibarən sığorta yığımlarını dayandırması ilə bağlıdır.
| Sığortaçının adı | Yığım dinamikası |
| “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
24,3 dəfə |
| “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
98,70% |
| “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
67,80% |
| “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
55,00% |
| “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti |
16,60% |
| “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti |
10,00% |
| “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti |
3,90% |
| “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
-0,80% |
| “Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
-3,00% |
| “Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
-6,00% |
| “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
-12,30% |
| “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
-16,60% |
| “İPƏK YOLU SIĞORTA” ASC |
-16,80% |
| “Əmrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
-17,50% |
| “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
-31,40% |
| “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
-37,10% |
| “Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
-38,00% |
| Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti |
-42,90% |
| “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
-46,90% |
| “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
-63,80% |
| “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti |
-93,10% |
Oxunub: 144





































