Bakı Apellyasiya Məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlı barədə Səbael rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçməsi ilə bağlı qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti təmin etməyib. Məhkəmə ptrosesinə hakim Abid Abdinbəyov sədrlik edib.
Bu günki prosesdə vəkillər Elçin Sadıqov, Əsabəli Mustafayev və Bəhruz Bayramov iştirak edib.
“Gözəl Bayramlı məhkəmədə çıxış etdi. O, həbsinin siyasi sifariş olduğunu bildirdi. Dedi ki, hələ 2016-cı il oktyabrın 28-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdaərsinə çağırılıb və tənqidlərini dayandırmasa həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib”, – deyə vəkil Bəhruz Bayramov “Amerikanın səsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, G.Bayramlı məhkəmənin diqqətinə gömrük qaydalarını yaxşı bildiyini çatdırıb. “Mən xəstəliyimlə əlaqədar Gürcüstana getmişdim. Əgər məndə 12 min dollar olsa idi, onun yarısını mənimlə birgə olan qadına verərdim”, – deyə AXCP sədr müavini qeyd edib.
Vəkillərin və G.Bayramlının əsaslandırmalarına baxmayaraq, məhkəmə bundan əvvəllki həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.
Proseslə əlaqədar məhkəmə binasının qarşısına çox sayda AXCP üzvləri və tərfdarları toplanıb. Partiyanın sədri Əli Kərimli də məhkəməni izləyib. Prosesdən sonra Ə.Kərimli məhkəmənin qarşısında ictimaiyyət üçün açıqlama verib:
Oxunub: 850