Badamdar qəsəbəsi, Tofiq Məmmədov 1-3 küçəsində (“Gəlin qayası” restoranının yaxınlığında) ikimərtəbəli yaşayış binasını məcburi qaydada sökmək istəyirlər. Binanın sakinləri ilə söküntü üçün gələn hökumət nümayəndələri arasında mübahisə yaranıb. Sakinlər evlərindən çıxmayacaqlarını bildirərək, binanın sökülməsinə etiraz edirlər.
Sakinlərdən aldığımız məlumata görə, binanın söküləcəyi haqqında onlara çoxdan məlumat veriblər. Amma sakinlər uzun zamandır dirəniş göstərərək, təklif edilən uyğunsuz şərtlərə görə evlərini tərk etməyəcəklərini bildiriblər.
Xatırladaq ki, bu binalar keçən il Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin sökülməsi planına daxil edilib. Lakin rəsmi qurumlar söküntülərin sakinlər ilə razılaşdırıldığını desələr də, sakinlər belə bir razılıq əldə olunmadığını bildirir.
azadliq.info
Oxunub: 572