Kanal 13-ün ofisində axtarış başa çatdı. Kompüterlər və başqa əşyalar götürülüb. Hazırda kanalın həbsdə olan direktoru Əziz Orucovun evində axtarış gedir.
***
“Kanal13” internet televiziyasının ofisində axtarış aparılır. Bu barədə jurnalist Əvəz Zeynallı məlumat yayıb. Məlumatda deyilir ki, prokurorluq əməkdaşları “Kanal13″ün ofisinə gələrək, axtarışa, bütün texniki avadanlıqları siyahıya almağa başlayıblar. Jurnalistlər axtarış prosesini izləmək istəsələr də, onları içəri buraxmayıblar.
Xatırladaq ki, “Kanal13″ün rəhbəri Əziz Orucov barəsində iki gün qabaq Cinayət Məcəlləsinin 192.2 (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb, 4 ay həbs qətimakn tədbiri seçilib. Onu əvvəlcə polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbsə məhkum etmişdilər. 30 sutkası bitməyə bir neçə saat qalmış onu Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparıb cinayət ittihamı elan ediblər.
Oxunub: 928