Özbәkistan beynәlxalq insan haqları tәşkilatı ilә yenidәn dialoqa başlamaq üçün hazırdır. Özbәkistanın xarici işlәr naziri Әbdülәziz Kamilov ona verilәn suala cavab olaraq bildirib ki, “bәli, HRW Özbәkistana qayıda bilәr.” Kamilov bildirib ki, İnsan Haqları İzlәmә tәşkilatının baş direktoru Kenneth Rossdan bir mәktub aldıq. HRW-nin Orta Asiya üzrә araşdırmaçısı Sverdlovun rәhbәrliyi altında bir qrupun Özbәkistana gәlmәsi tәlәb edilmişdi. Biz dә cavab olaraq bu qrupu Özbәkistanda qәbul edә bilәrik cavabını verdik. O bildirib ki, giriş üçün heç bir әngәl yaradılmayacaq..
azadliq.info
Oxunub: 206