Bu yaxınlarda “Alatoran” nəşriyatında çap olunmuş vəkil Fəxrəddin Mehdiyevin “Siyasi sistemin İsveç–Skandinaviya modeli” kitabından təqdimatı davam etdiririk. Bu dəfəki mövzu Skandinaviya ölkələrinin insan inkişafı indeksi üzrə dünya birinciliyinə sahib olmalarının yolları göstərilib.
1990-сi ildə BMT-nin İnkişaf Proqramı dünya ölkələrinin sosial və iqtisadi inkişafını qiymətləndirən birinci məruzəni hazırladı. Həmin məruzədə insan inkişafı anlayışının izahı verildi: insan inkiaşfı seçim spektirinin genişləndilməsi prosesidir. Seçimin ən mühüm elementlərinə uzun və sağlam yaşamaq, təhsil almaq və ləyaqətli həyat səviyyəsinə malik olmaqdır. Seçimin əlavə elementlərinə insan hüquqlarına təminat verən siyasi azadlıqlar daxildir. 2010-cu ildə BMT-nin İnkişaf Proqramı insan inkişafının anlayışını dəqiqləşdirdi: insan inkişafı insanların uzun, sağlam, yaradıcı həyat yaşaması üçün azadlıqların genişləndilməsi prosesidir, ədalətin təmin olunmasında və planetin davamlı inkişafında fəal iştirakıdir.
BMT-nin inkişaf proqramı hər il Dünya ölkələri üzrə insan inkişafı indeksi üzrə məruzə hazırlayır.
İnsan inkişafı indeksi 1990-ci ildə Pakistan iqtisadcisi Məhbub Ul – Xak tərəfindən işlənib hazırlanmışdır. Həmin metod BMT tərəfindən ictimai tərəqqinin alternativ göstəricisi kimi istifadə olunur.
Beləlilkə, iqtisasdi inkişaf təkcə milli gəlir üzrə deyil, həm də təhsil və sağlamlıq nailiyyətləri üzrə qiymətləndirilir.
İnsan inkişafı indeksi ölkədə insan inkişafının səviyyəsinin məcmuu göstəricisidir. Ona görə də həyat keyfiyyəti və ya həyat səviyyəsi anlayışları ilə sinonim kimi işlədilir.
İnsan inkişafı indeksi üç əsas istiqamət- ölkə əhalisinin sağlamlığının vəziyyəti, təhsil almaq imkanları, vətəndaşların faktiki gəlirləri üzrə müəyyən edir.
1.Sağlamlıq və uzun ömrlülük, doğulan vaxt gözlənilən ömür müddəti göstəriciləri ilə,
2.Təhsilə yiyələnmək, yaşlı əhalinin savadlılıq səviyyəsi və təhsillə əhatə olunmanın əmsalı ilə,
- Ləyaqətli yaşayış səviyyəsi, adambaşına düşən Ümumi daxili məhsulun həcmi ABŞ dolları ilə ( alıcılıq qabiliyyətinə paritet olaraq ).
Bütün bu ölçülər 0-dan 1-ə qədər arasında standdartlaşdırılır, orta geometrik rəqəm 0-1 diopozununda insan inkişafının məcmuu göstəricisi kimi əks edilir. Və beləliklə bütün ölkələr 4 kateqoriya üzrə təsnifatlaşdırılır.
- Ən yüksək İnsan İnkişafı İndeksinə malik olan ölkələr
2.Yüksək səviyyəli İnsan İnkişafı İndeksinə malik olan ölkələr
- Orta səviyyəli İnsan İnkişafı İndeksinə malik olan ölkələr
4.Aşağı səviyyəli İnsan İnkişafı İndeksinə malik olan ölkələr
İnsan İnkişafı İndeksinə görə Norveç siyahıda liderlik edir, Norveç 2001-2006-ci illərdə bu siyahıda birincilik etmiş, 2006-ci ildə birinciliklə İslandiyaya qərarlaşmışdır və 2008-cu ildən başlayaraq birinciliyi yenə də Norveç layiq görülmüşdür.
Skandinaviya ölkələri bütün dövr ərzində ən yüksək İnsan İnkişafı İndeksinə malik olan ölkələrin arasında mövqe tutmuşdur və bu mövqeyini saxlamaqdadır.
Qeyd edildiyi kimi, Skandivaiya ölkələrində yüksək insan inkişafını təmin edən amillər yaradır. Həmin amillər adambaşına düşən ÜDM –nin həcminin yüksəkliyi, ÜDM-də təhsilə və səhiyyəyə xərclənən vəsaitin həcminin yüksək səviyyəsidir.
Bu amillər sırasında Skandinaviya ölkələrində qadınların ictimai-siyasi həyatdakı yüksək fəallığı, hakimiyyətin bütün sahələrində böyük mövqelərə malik olmalarıdır.
Norveçin insan inkişafı üzrə yüksək nailiyyətlərində ölkənin təbii ehtiyatlardan, xüsusi ilə neft gəlirlərindən səmərəli istifadə edilməsindəki təcrübəsi də çox maraqlıdır.
Ümumiyyətlə, neft gəlirlərinin idarə olunmasında Norveç modeli ən uğurlu olaraq qəbul edilir. Ölkə neftdən əldə edilən gəlirlərlə bir tərəfdən neft sənayesini-neft ayırma, neft kimya, neft maşınqayırma sahələrini inkişaf etdirmiş. Digər tərəfdən insan kapitalına çox ciddi investisyalar qoyulmuşdur. Bu gün Norveçin rifah baxımından bu səviyyədə olması bilikli iş gücü sayəsində olmuşdur. Demək olar ki, insan kapitalı Norveçin iqtisadi yüksəlişinin arxasında duran ən önəmli amildir. Ayrıca Norveç modelinin uğurlu olmasında neft gəlirlərinin idarə olunması istiqamətində qurulan Fondun fəlaiyyətləri və gəlirlərin yerləşdirlməsində göstərilən yüksək səviyyəli peşəkarlığın rolunu xüsusi qeyd etmək lazımdır.
Norveç dövlətinin nailiyyətlərində qeyri-neft amillərinin təsiri əhəmiyyətli olsa da, bu uğurda neftin rolu danılmazdır. Bu gün adı çəkilən ölkə dünya rifah sıralanmasında ilk yerləri bölüşür. Dünyada neftlə zəngin bəzi ölkələr vardır ki, əhalisinin böyük bir qismi hələ də yoxsulluq içindədir. İqtisadiyyatı ciddi ölçüdə neftdən aslıdır və təbəqələşmə ifrat dərəcədədir. Norveçdə isə iqtisadiyyat, xüsusən ixracat neftdən aslı olsa da, bu hal iqtisadi problemlərlə müşahidə olunmur. Ölkə güclü insan kapitalına sahibdir və orta təbəqə üstünlük təşkil edir. Norveç uğurunun səbələri ümumi olaraq belə sıralamaq olar:
1.Norveç bu sahənin qanunverici bazasını yaratdı və hər şey bu qanuna istinadən edildi;
- Əsas investisiyanı insan kapitalının inkişafına yönəltdi;
3.Neft istehsalı zamanı şəffaflığı təmin etdi, korrupsiyaya imkan verilmədi;
- Neft gəlirlərinin yığılması və istifadəsində peşakarlıq nümayiş etdirdi;
- Neft gəlirləri ilə dövlət büdcəsini biri-birindən ayırdı. Neftlə bağlı bütün gəlirlər neft fondunda toplandı, qeyri-neft büdcəsi hazırlandı, büdcə kəsiri varsa neft vəsaitlərinin istifadə edildi. Heç bir xarici borclanmaya gedilmədi;
6.Neft gəlirləri olduqca cüzi risklə idarə edildi;
7.Neft gəlirlərinin idarə edilməsi prosesində tam şəffaflıq təmin edildi.
Görünən budur ki, Norveç təbii resursları olmasa belə İrlandiya misalında olduğu kimi yüksək rifah səviyyəsini əldə edəcəkdi. Necə ki, Danimarka, Finlandiya, İslandiya və İsveç 1900-cü ildəki çox aşağı səviyyədən 2000-ci ildə yüksək səviyyəli yaşayış standartlarına sahib olmağı bacardı. Burada əsas həlledici amilin insan faktoru olduğu unudulmamalıdır.
Baxmayaraq ki, Norveç təbii resurslara sahib idi və bu inkişaf bilikli əmək potensialı sayəsində mümkün ola bilmişdi. İnsan kapitalı ehtiyatı Norveçin iqtisadi yüksəlişinin arxasında duran əsas güc idi. Təbii resurslar ikinci dərəcəli amillər arasındadır. Təcrübə göstərir ki, insan kapitalı təbii resurslarsız yaşayış standartlarını yüksəldə bilər (Yaponiya, Sinqapurda olduğu kimi). Digər tərəfdən, bilikli insan kapitalına sahib olmadan təbii resurslar inkişafında çox az təsir göstərir və ya daha da pisləşdirir( Konqo misalı).
Qloballaşma şəraitndə intellektual sərvət inkişafın strateji resursuna çevrilir, təhsilin keyfiyyəti xüsusi əhmiyyət kəsb edir. İnsan inkişafında təhsil göstəricilərinin önəmi qloballaşma prosesi və elmi- texniki tərəqqi ilə üzvü sürətdə əlaqədardır. Alimlərin fikrinə görə milli gəlirin təxminən 30-40% artımını təhsil verir. Skandinaviya ölkələrində təhsilin, elmin inkişafı onların perspektiv, strateji planlarının tərkib hissəsidir. Ümumiyyətlə, insan kapitalına qayğı, insan inkişafı Skandinaviya ölkəsinin fundamental siyasətidir.
Oxunub: 126