Hazırda həbsdə olan AXCP sədrinin müavini Gözəl Bayramlının səhhətindəki problemlər daha da ciddiləşib. Bu haqda Vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, Gözəl Bayramlının səhhətində yaranan problemlərin aradan qaldırılması üçün heç bir tibbi müdaxilə yoxdur. Yalnız ağrıkəsicilər vurulur ki, bu da onun mədəsində ciddi problemlər yaradır.
Vəkil bildirib ki, Gözəl Bayramlıya ailəsi və vəkili ilə telefon əlaqəsi yaratmağa da imkan vermirlər. Gözəl Bayramlı qanunsuzluğun davam edəcəyi təqdirdə gələn həftədən aclıq aksiyasına başlayacağını bildirib.
Vəkil Elçin Sadıqovun videoçıxışını təqdim edirik:
Əfqan Muxtarlı Gozel Bayramli Əziz Orucov
Publicerat av Elchin Sadigov den 6 juli 2017
Oxunub: 408