ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin ilk rəsmi görüşü bu gün Hamburqda – G20 sammiti çərçivəsində baş tutacaq.
Görüş Hamburq sərgi salonunda olacaq və günün ikinci yarısında – yerli vaxtla saat 16.00-da başlayacaq.
Prezidentlərin görüşünün bir saat davam edəcəyi bildirilir.
Putinin köməkçsi Yuri Uşakov bildirib ki, söhbət zamanı liderlər Suriya və Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər.
Gültəkin
Oxunub: 234