G20 sammiti müddətində Hamburqda qalmaq üçün prezident Donald Trampa və ABŞ nümayəndə heyətinə otel tapılmayıb.
Buna Ağ Evin otellə bağlı gec müraciət etməsi səbəb olub.
Tramp “Four Seasons” otelində qalmaq istəyibmiş. Lakin məlum olub ki, bu otelin bütün nömrələrini (156 nömrə) Səudiyyədən olan nümayəndə heyəti tutub. Ərəb rəsmilər əlavə olaraq “Hotel Renaissance” və “The Westin” otellərində də yer alıblar.
Rusiya, Cənubi Koreya və Avstraliyadan gələn nümayəndə heyətləri “Park Hyatt”a, Vyetnam rəsmiləri “Reichshof” otelə, Çin və İtaliya təmsilçiləri isə “The Grand Elysee”ə yerləşib.
Uyğun otel tapa bilməyən Trampa Hamburqda senatın qonaq evi təklif olunub. ABŞ nümayəndə heyəti isə sammit boyunca Baş Konsulluqda qalmalı olacaq.
Sammitə gələn qonaqlar üçün Hamburq otellərində ümumilikdə 9 min nömrə ayrılıb.
Gültəkin
Oxunub: 352