2015-ci ilin iyun ayında Zion Xarvi adlı amerikalı oğlan tibb tarixinə hər iki əli dəyişdirilən uşaq kimi tarixə düşüb. İki il sonra isə 10 yaşlı Zion beysbol oynayır.
O bıçaq və çəngəl tutur, yaza bilir, paltarını özü geyinir. Bu yaxınlarda isə beysbol ağacında istifadə etməyə başlayıb.
Zion Xarvi etiraf edir ki, ona oğullarının əllərini verən adamlara özü məktub yazmaq istəyir.
Həkimlər balaca Zionun vəziyyətinin sürətlə yaxşılaşdığını deyir. Uşağın beyni donordan aldığı əllərə tam uyğunlaşıb və onları öz əlləri kimi qəbul edir. Nevroloji testlərin nəticələri də bunu deməyə əsasə verir.
İki yaşı olanda Zion xəstələnib və həkimlər onun hər iki əlini, həmçinin dizdən aşağı hər iki ayağını kəsib. Həmçinin böyrəkləri sıradam çıxıb və dörd yaşında ona anasının böyrəyi köçürülüb.
Daha dörd il sonra isə Ziona Baltimorda ölən uşağın əlləri köçürülüb.
azadliq.info
Oxunub: 150