Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft”in xalis mənfəəti bu ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz azalaraq 81 milyard rubl (təxminən 1,3 milyard dollar) olub.
Şirkətin yaydığı məlumatda bildirilir ki, şirkətin qeyd edilən dövrdəki ümumi satışı isə 23,2 faiz artaraq 2,8 trilyon rubl təşkil edib. Yanvar-iyun aylarında “Rosneft”in gündəlik neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq 5 milyon 740 min barrel, təbii qaz istehsalı isə 2,9 faiz çoxalaraq 34,2 milyard kubmetr olub. Bu dövrdə şirkətin xalis borcu isə 700 milyard rubl artaraq 2,2 trilyon rubla çatıb.
Azadliq.info
Oxunub: 180