Ötәn gün qәzetimizin feysbuk sәhifәsindә İlham Әliyevin “işlәmәk istәyәn özünә iş tapar” fikrini paylaşdıq. 250-dәn çox şәrh bildirilәn paylaşım böyük diqqәtә sәbәb oldu. Mövzuya ironik yanaşanlar da oldu, işsizlikdәn әziyyәt çәkib qәzәb püskürәnlәr dә. Şәrhlәr arasından diqqәt çәkәnlәri sizә tәqdim edirik.
Mәsud Rzalı adlı feysbuk istifadәçisi yazır ki, “gəlsin, qarşıma çıxsın, şəhid anasını dilənçi edən hökumət başçısı olduğunu göstərim ona. Yalan, yalan, yenə də yalan!!!”
Ülvi İslamov adlı feysbuk istifadәçisi yazır ki, “biri bu prezidentә desin ki, sәn iş yerlәri aç, narahat olma, hәr kәs işlәyәcәk!”
Bәhruz adlı feysbuk istifadәçisi yazır ki, “bu şəkil dünən Zaqatalada çəkilib. İşçilərə də bu formaları dünən veriblər. Prezident gedəndən sonra da geri götürüblər.”
Kәnan Azәrli adlı feysbuk istifadәçisi yazır ki, “mәsәlәn, evdә işsiz oturmusunuz, lapatkanı götürüb yolun qıraqlarını tәmizlәyә bilәrsiniz vә siz dә olarsınız iş sahibi. Әn azından bekar dayanmazsınız .
Xalid Quliyev adlı feysbuk istifadәçisi yazır ki, “Belә baxanda düz deyir. İşlәmәk istәyәn üçün iş çoxdur. Sadәcә hansı işlәr vә nә qәdәr maaşla, burada әmma var. Yәni, ayı 150-200 manata çıx çölә de ki, iş istәyirәm vә anında iş mәsәlәn hәll olunacaq. Sadәcә 11 il orta mәktәb oxu, sonra 4 il unuversitet oxu vә tapacağın iş dә uzağı 300-350 manat olsun. Bu, gülmәli bir mәsәlәdi. Heç kim bu mәvaciblәrlә heç nәyi arzu da edә bilmәz ki, bu gedişlә beş ilә evim olacaq, avtomobilim olacaq ve ailә qura bilәcәm, onlara rahat baxa bilәcәm. Sadәcә mümkünsüz vә geriyә getmәk üçün vә özünә çәkdiyin әziyyәti yerә vurmaq üçün işlәr çoxdur. Hardasa süpürgәçi vә ya fәhlә işlәyib sürünәcәyәmsә, niyә oxumalıyam ki? Oxuyursan ki, özünә, gәlәcәyinә, xalqına, dövlәtinә vә bәlkә dә dünyaya xeyrin olsun. Yoxsa, bizdәki kimi? İdarәlәrdә işlәyәnlәrin çoxu görür vә bilir harada kimin dayısı var, oturub yüksәk maaşlı işdә kompyuterin qarşısında sosial şәbәkәdә, oyun oynayır vә olub müәllim. Kimin ki, dayısı yoxdur vә savadı yüksәkdir, uzağı 400 manata basıb işlәdirlәr vә uzaqdan da görünür ki, idarәnin işi gedir. Sadәcә, quldarlıq dövrünü keçirik! Allah kömәyimiz olsun!”
Vaqif Hüseynov adlı feysbuk istifadәçisi başına gәlәnlәri yazır: “Qaqaş, mәn imtahan verdim işlә bağlı. İmtahandan keçdim. Axırda mәnә didilәr ki, sәni kim göndәrib? Dedim CV yazmışam. Dedilәr ki, tәbrik edirik, siz bizim işә qәbul olunduz. Boş yer olan kimi birinci sizi çağıracağıq))”
Elşәn Vәliyev adlı feysbuk istifadәçisi mövzuya ironik şәrh yazaraq bildirib ki, “görәsәn bu müәssisә neçә gün işlәyәcәk? İlham Әliyevin әli yüngüldur. Açdığı zavodlar bir hәftәyә bağlanır. İsmayıllıdakı velosiped zavodu kimi))”
Osmanova Nәrgiz adlı feysbuk istifadәçisi yazır ki, “xeyr, razı deyiləm. Allah özü şahiddir ki, bu ölkədə nə zavod, nə dә fabrik tikilmir. Bütün nazirlər ayrılan pulları yeyir. İlk növbədə elə prezidenti aldadırlar. Heç bir iş yeri açılmır. Harda işlәsin o zaman millәt? Hardan iş tapsinlar? Qul bazarı yarandı. Budurmu ölkəmin inkişafı? Quldarlıq dövrünә qayıdan inkişaf. Allah bu milləti zalımlardan qurtarar bir gün, inşallah.”
Kamal Abışov adlı feysbuk istifadәçisi yazır ki, “dünən televizorda baxırdım. Deməli, prezident müxtəlif rayonlara səfər edib. Məqsəd Heydər Əliyev parkının, Heydər Eliyev mərkəzininin açılışıdır. Ancaq belə şeylər açırlar. Aralarında bir dənə dә olsun zavod, fabrik, iş yeri yox idi!”
Erbakan hoca adlı feysbuk istifadәçisi yazır ki, “mәn heç 300 manatlәq işi demirәm. Hansı ki, o da fәhlәçilikdir. Neftim, qazım, qızıl yataqlarım, münbit әkin-biçin üçün yararlı torpaqlarım var. Mәn özümә işlәmәmәyә söz vermişәm. Bu ölkәdә nә xan olsun, nә nökәr. Bax o zaman 150 manata da işlәyәrәm. Xanların, bәylәrin әsabәsi mәmlәkәtin resursunu sağa-sola dağıdacaq, biz nökәrlәrә gәlәndә dә “işlәmәk istәyәn işlәyәr deyәcәklәr.”
Asif Akifoğlu adlı feysbuk istifadәçisi yazır ki, “daydayın olmasa, hardasa heç hambal kimi dә işә götürmürlər. Rayonumuzda neçә nәfәr müəllim var, yarıdan çoxu taksi sürür.”
Vuqar Ali adlı feysbuk istifadәçisi yazır ki, “işləmək istəyən iş tapar, amma o tapdığı işlə dolana bilərmi? Perzidentə o sualı verən olmayıb?”
Türkan Hәsәnova adlı feysbuk istifadәçisi yazır ki, “hara gedirsən staj, xarici dil tələb edirlər. İş orasındadır ki, eyni iş üzrə stajın olsa belə, yenə staj üçün işlədib sonra da elə şərait yaradırlar ki, işçi özü çıxmaq məcburiyyətində qalır. bu da iş!”
Elnur Әliyev adlı feysbuk istifadәçisi yazır ki, “iş olmayandan sonra hardadır iş? İndi adi fәhlә işlәmәkdәn ötrü tanışın olmalıdır ki, sәni fәhlә kimi işә götürsünlәr. Yoxsa fәhlәliyi dә tapa bilmәzsәn.”
Toma H-ova adlı feysbuk istifadәçisi yazır ki, “iş yerlәri olsun ki, biz dә gedib iş tapaq, işlәyәk. Yuxarıda oturanlardan imkan olur ki?! Qәbirә getmәyәnә qәdәr kreslonu terk elәmirlәr. Ondan sonra biz hardan iş tapaq?!”
Hüseyn Hüseynli adlı feysbuk istifadәçisi yazır ki, “iş var ki, camaat işlәsin? Sәn prezident olaraq insanları işlә tәmin et, insanlar da işlәsin. Ali tәhsilli insanlar belә bu saat iş tapa bilmir!”
azadlıq.info
Oxunub: 1198