Bakıdakı Dövlət Bayraq Meydanında bayraq dirəyinin götürülməsi ilə bağlı məlumatlara rəsmi münasibət bildirilib.
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov deyib ki, dirəyin götürülməsi barədə məlumatlar həqiqəti əks etdirmir.
O qeyd edib ki, artıq Dövlət Bayrağı Meydanının yaradılmasından 7 il keçir: “Meydanda quraşdırılan dirək texniki göstəricilərinə görə texnoloji cəhətdən mürəkkəb qurğudur. Təlimata uyğun olaraq, həmin dirəyə mütəmadi şəkildə ümumi texniki baxış və qiymətləndirilmə işləri keçirilir. Bu dəfə əsaslı texniki baxış olacaq”.
N.Məcidovun sözlərinə görə, əsas məqsəd metal konstruksiyaların dayanıqlığını qiymətləndirməkdir: “Lazım olarsa, müvafiq tədbirlər görüləcək. Təbii ki, bu işlərin hamısı planlaşdırılmış şəkildə aparılır. Texniki baxış müddətində ehtiyac olarsa, dirəyin müəyyən hissələri açılıb sökülə bilər. Texniki baxışın nə qədər müddət çəkəcəyini dəqiq bilmirik. Çünki baxış zamanı nə kimi problemlərin meydana çıxacağı əvvəlcədən bilinmir”.
Oxunub: 618